Kanadanın Britaniya Kolumbiyası əyalətində astma xəstəsi olan 9 yaşlı uşaq meşə yanğınlarından sonra təsirli olan tüstü səbəbiylə həyatını itirib.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, tüstünün səbəbindən vəziyyəti pisləşən uşaq 1 həftə xəstəxanada müalicə alsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ştatın 360-dan çox ərazisində meşə yanğınları davam edir.
Hökumət və Səhiyyə İşçiləri çirkli havanın insanların səhhətinə mənfi təsiri ola biləcəyini və ölüm hallarının arta biləcəyini bildirərək, ictimaiyyəti diqqətli olmağa çağırıb.
Aysel Şirinova