DÜNYA ÖZ XƏBƏR

SSRİ-nin ən yaşlı aktrisası ÖLDÜ

SSRİ-nin ən yaşlı aktrisası kimi tanınan rusiyalı Vera Vasilyeva 97 yaşında vəfat edib.

32gun.az xəbər verir ki, bu barədə Moskva Akademik Satira Teatrı məlumat yayıb. Teatr aktrisanın pərəstişkarlarına başsağlığı verib.

40-dan çox film və seriallarda rol alan Vasilyevanın iştirakı ilə ən məşhur filmlər “Karnaval”, “Çılğın gün və ya Fiqaronun evliliyi”, “Çuk və Huk”, “Evli subay” və “Kapitanla evlən”  kimi tanınıb.

Qeyd edək ki, Vera avqustun 8-də 99 yaşında vəfat edən rus aktrisası Yuliya Borisovadan sonra SSRİ-nin 2-ci ən yaşlı xalq artisti olub.

Aysel Şirinova

Oxşar Xəbərlər