DÜNYA ÖZ XƏBƏR

"Barbie"nin bu fotosuna 8 milyonluq TƏKLİF edildi

"Barbie" filmində baş rolu canlandıran  Margot Robbienin fotosuna 8 milyonluq təklif gəlib.

32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə ayaq şəkillərinin paylaşımlarının yer aldığı "Fun With Feet" adlı internet saytının sahibi 33 yaşlı aktrisaya ayaq fotosunu öz saytında paylaşmaq müqabilində 250.000 funt-sterlinq (8.6 milyon) təklif edib.

Eyni təklifi Rayan Qoslinqə də edən sayt sahibi Robbiyə yazdığı məktubda bunları qeyd edib:

"Barbie"dən ilham alan və ikimizə də milyonlar qazandıracaq bir platforma üzərindən sizinlə işbirliyi etmək istəyirəm. Gəlin, bu dəfə də ayaq fotonuzdan qazanın".

Qeyd edək ki, dünyaca məşhur aktrisanın "Barbie"dən 50 milyon dolar gəlir əldə etdiyi deyilir.

Aysel Şirinova

Margot Robbie'nin ayak fotoğrafına 8 milyonluk teklif!

Oxşar Xəbərlər