Qazaxıstanın Akmola vilayətində cərrahlar uşaq oyuncağından maqnit toplarını udmuş uşağı xilas ediblər.
32gun.az bildirir ki, bu barədə Sputnik Qazaxıstan məlumat yayıb.
Dörd yaşlı uşaq qarın ağrısı və qusma şikayətləri ilə tibb müəssisəsinə aparılıb. Müayinə zamanı həkimlər uşağın bağırsaqlarında yad cisimlərin yığıldığını aşkar ediblər.
Cərrahlar oğlanın bağırsaqlarından daxili orqanları zədələyən və peritonitə səbəb olan 39 maqnit top çıxarıblar. Uşağın xilas edilməsi əməliyyatı 5 saat davam edib.
Ayxan