Hindistanın Sundarban qoruğunda pələng balıqçılara hücum edərək bir nəfəri öldürüb.
32gun.az bildirir ki, bu barədə Millennium Post-a istinadən xəbər verib.
Hadisə Qazixali çayı sahilində baş verib. Balıq tutmaqla məşğul olan üç kişi pələngin hücumuna məruz qalıb. Yırtıcı, 47 yaşlı Kaharı dostlarının gözü qarşısında parçalayıb. Digər iki nəfər zərərçəkənin cəsədini pələngin meşəyə aparmasının qarşısını almaq üçün mübarizə apararaq cəsədi geri qaytarıb.
Sundarban qoruğu xüsusi olaraq pələnglərin mühafizəsi üçün yaradılmışdır və burada olmaq üçün xüsusi icazə sənədləri tələb olunur.
Nilay