DÜNYA ÖZ XƏBƏR

Xorvatiyada 5,2 bal gücündə zəlzələ baş verib

Xorvatiyanın mərkəzindəki Zadar şəhəri yaxınlığında 5,2 bal gücündə zəlzələ baş verib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) verdiyi açıqlamaya görə, Zadar və ətraf şəhərlərdə 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin qonşu ölkə Bosniya və Herseqovinada da hiss olunduğu bildirilib.

Milli mətbuat Xorvatiyada insanların zəlzələ səbəbindən evlərini tərk etdiyini bildirib.

EMSC həmçinin artçı zəlzələ olduğunu bildirib, lakin əlavə edib ki, dağıntı və ya insan tələfatı barədə məlumat yoxdur.

Ayxan 

Oxşar Xəbərlər