DÜNYA ÖZ XƏBƏR

Pakistan qatarından 80 girovun xilas edildiyi bildirilir

Təhlükəsizlik qüvvələri Pakistanda silahlı yaraqlılar tərəfindən qatarda girov götürülən 80 nəfəri xilas edib.

32gun.az bildirir ki, Geo News telekanalı martın 11-də təhlükəsizlik mənbələrinə istinadən xəbər verib. 

Xilas edilənlər arasında 26 qadın və 11 uşaq da var. Nəşr qeyd edir ki, hazırda təhlükəsizlik qüvvələri digər girovların xilas edilməsi əməliyyatını davam etdirir və terrorçuların ətrafındakı halqa daralır.

Telekanalın mənbələrinə görə, hücumu həyata keçirən yaraqlılar qadın və uşaqlardan canlı qalxan kimi istifadə edərək Əfqanıstanda təşkilatçı ilə əlaqə saxlayır.

Martın 11-də Daily Mail qəzeti Pakistanın Bəlucistan əyalətində silahlı yaraqlıların qatara hücum etdiyini yazıb. Onlar 450-dən çox sərnişini girov götürüb, sürücünü də yaralayıblar.

Altı əsgər həlak olub, girovlar arasında təhlükəsizlik qüvvələri də var. Eyni zamanda yaraqlılar qadın, uşaq və bəluc sərnişinlərini əsirlikdən azad etdiklərini bildiriblər.

Ayxan 

Oxşar Xəbərlər