Başqırdıstanda qadın yazışma sirrini pozmaqda ittiham olunur
Başqırdıstanda 42 yaşlı qadın şəxsi yazışma sirrini pozmaqda ittiham edilərək məhkəmə qarşısına çıxacaq.
32gun.az Rusiya mediasına istinadən bildirir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 2024-cü ilin aprelində qadın qaynanasının evində olarkən onun icazəsi olmadan telefonunu götürüb, şifrəni taparaq cihazı açıb və qaynanasının oğluyla yazışmalarının ekran görüntülərini çəkib. Daha sonra həmin şəkilləri öz telefonuna göndərərək boşanma prosesində məhkəmədə istifadə edib. Yazışmada qadının həyat yoldaşının ailə birliyində əldə etdiyi əmlakın siyahısı yer alıb.
İttiham olunan qadın özünü günahkar saymır. Ona maksimum bir il müddətinə islah işləri cəzası verilə bilər.
Ayxan