Polşa hökuməti şimal-şərq sərhədinə dörd ərazi müdafiə briqadası göndərib.
32gun.az bildirir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış sosial şəbəkə X-də məlumat verib.
Nazirin sözlərinə görə, sərhəddə 1-ci Podlyaska, 4-cü Varminsko-Mazurska, 19-cu Pribuj və 20-ci briqadalar xidmət aparacaq. O, bu addımın NATO-nun şərq cinahının və Polşanın şimal-şərq sərhədlərinin möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım olduğunu bildirib.
Qeyd edək ki, sentyabrın sonunda Polşa Belarusla sərhədi açaraq keçid məntəqələrinin fəaliyyətini bərpa edib. Bundan öncə, sentyabrın 12-də Polşa sərhəd xidməti “Qərb-2025” adlı Rusiya-Belarus birgə hərbi təlimlərinə cavab olaraq keçid məntəqələrini bağlamış və sərhəddə beton baryerlər, tikanlı məftillər və metal qalxanlardan ibarət sədd qurmuşdu.
Ayaz